Rusiya Ermənistana silah-sursatı necə göndərəcək?
21 Aprel 2011 16:25
Milli.Az xəbər portalının gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu təşəbbüslə prezident Mixail Saakaşvili çıxış edib və parlament yekdililklə onu dəstəkləyib. Beləliklə, Rusiyanın Ermənistana silah-sursat aparması yolunda ciddi problem yaranıb.
Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib ki, son dəfə Tbilisi Rusiyaya Gümrüdəki hərbi bazasına Gürcüstan ərazisi ilə silah-sursat daşımağa 2008-ci ilin iyulunda icazə verib. Bundan sonrat Moskva eyni xahişlə Gürcüstana bir neçə dəfə müraciət etsə də, onun istəyi rədd edilib.
Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında bu razılaşma 2006-cı ilin martında imzalanmışdı.
Rusiyalı hərbi ekspert Aleksandr Qolts "Armenia Today"a açıqlamasında Moskva üçün alternativ tapmağın çətin olacağını etiraf edib. Bununla yanaşı, o, alternativ variantın olduğunu da düşünür: "Rusiya ordusu əsasən çağırışçılardan ibarətdir. Bu isə o deməkdir ki, şəxsi heyət hər yarım ildən bir dəyişilir. Bunu reallaşdırmaq mümkün olmasa, vəziyyət çətin olacaq. Hər halda Gürcüstandan kənar keçməklə hansısa yolla uçmaq variantı var. Eyni zamanda Gümrüdəki hərbi bazada böyük ehtiyat yaratmaq, yaxud orada müqavilə ilə qulluq edən hərbçiləri yerləşdirmək olar".
Milli.Az