“Real”ın kuboku: dünən qazandılar, bu gün sındırdılar... - VİDEO-FOTO

21 Aprel 2011 11:36
Madridin "Real" klubu futbol üzrə İspaniya kubokunu qazanacağı günü düz üç il gözləmişdi. "Kral klubu" dünən bu arzusuna çatsa da, kubokun bütövlüyünü qoruya bilməyib. Milli.Az xəbər portalı "Sport-Ekspress" qəzetinin internet saytına istinadən xəbər verir ki, bu gün səhər Madriddəki gəzinti zamanı "Real"ın müdafiəçisi Serjio Ramos ötən axşam qazanılan İspaniya kubokunu yerə salıb. Komandanın avtobusu isə kubokun üstündən keçib. Kubokun qırıqları yerdən yığılıb və qaliblərə verilib. Buna baxmayaraq, üç illik həsrətdən sonra qazanılan kubok, daha doğrusu, onun hissələri komandanın "qənimət"lərinin ənənəvi yerinə qoyulası vəziyyətdə deyil...

Milli.Az