Bakıda yol qəzaları: 2 ölü, 1 yaralı
21 Aprel 2011 11:41
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, aprelin 20-si saat 12 radələrində Sadıqcan küçəsində Ramin Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rüfət Aslanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. R.Aslanov aldığı xəsarətlərdən xəstəxanada ölüb, qızı Nigar isə yardım alaraq evə buraxılıb.
Analoji yol qəzası aprelin 21-i saat 02 radələrində Naximov küçəsində qeydə alınıb. Elşən Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Orxan Səfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. O.Səfərov hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Anar
Milli.Az