Radikal müsəlmanlar şahzadə Uilyamın toyunda «dəhşət» vəd edir
21 Aprel 2011 12:10
Milli.Az xəbər portalının İngiltərə KİV-nə istinadən verdiyi məlumata görə, mərasimdə "aranı qarışdırmağa" hazırlaşan anarxistlərin ardınca növbəti hədə radikal müsəlmanlardan gəlib. Onlar toyu "dəhşətə çevirəcəklərini" bəyan edib.
"Müsəlmanlar xaç yürüşünə qarşı" adlı hərəkatın fəalları özlərinə məxsus saytda toy günü "minlərlə insanın iştirakı ilə" etiraz aksiyası keçirəcəklərini, aksiyada Britaniya bayraqlarının, Uilyam və nişanlısı Keyt Middltonun şəkillərinin yandırılacağını bildiriblər. Onlar bütün müsəlmanları həmin gün etiraz aksiyasına çıxmağa çağırıb.
Hərəkat bunu Britaniyanın "müsəlman torpaqlarına müdaxiləsi, oraya demokartiya adı altında şeytan toxumu səpməsi, günahsız kişi, qadın və uşaqları öldürməsi" ilə əsaslandırır: "Britaniya bu əməllərindən əl çəkməsə, xalqın gözlədiyi toy günü 11 sentyabrı xatırladan dəhşətə dönəcək".
Milli.Az