Eldar və Nigardan səmimi görüntülər – FOTOSESSİYA
21 Aprel 2011 10:47
"Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Eldar və Nigar duetinin promo-turu davam edir. Estoniyanın ETV telekanalının qonağı olan cütlüyün növbəti dayanacağı San-Marino olacaq.
Milli.Az xəbər portalının məlumatına görə, Eldar və Nigar aprelin 22-də yenidən Ukraynaya qayıdaraq tamaşaçılarla onlayn əlaqə saxlayacaq. Cütlük məşhur "Komsomolskaya pravda" qəzetinin oxucularının suallarını cavablandıracaq.
Yeri gəlmişkən qeyd edək ki, gələn həftə Eldar və Nigar "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi Düsseldorf şəhərinə yola düşəcək. Mayın 1-dən Düsseldorfdakı "Fortuna Arena"da müsabiqənin əsas məşqlərinə start veriləcək.
Qeyd edək ki, 43 ölkənin iştirak edəcəyi "Eurovision 2011" mahnı müsabiqəsinin yarımfinalları mayın 10-u və 12-də, final konserti isə mayın 14-də olacaq.
Leyla
Milli.Az






