Oman sultanı 200-dən çox nümayişçini əfv etdi

21 Aprel 2011 10:27
Omanın baş naziri Kabus bin Səid hakimiyyət əleyhinə nümayişlərdə iştirak edən və polis tərəfindən saxlanılanları əfv edib. Milli.Az xəbər portalının RBK agentliyinə istinadən verdiyi məlumata görə, sultan 234 nəfərin əfvi barədə qərar qəbul edib. Onlar vandalizmdə, icazəsiz etiraz aksiyaları zamanı ictmai və şəxsi əmlakı məhv etməkdə təqsirli bilinirdilər.

Qeyd edək ki, Omanda etiraz aksiyaları bu ilin fevralından keçirilir. Nümayişçilər yeni şi yerlərinin yaradılmasını və siyasi islahatların aparılmasını tələb edirlər. Oman sultanı Kabus bin Səid gərginliyi azaltmaq üçün hökumətdə dəyişikliklər aparıb və dövlət sektorunda 50 min yeni iş yerinin yaradılacağını vəd edib.

Milli.Az