Türkiyənin iki böyük qəzeti satıldı
21 Aprel 2011 09:56
Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Doğan" media holdinqinə aid qəzetlərin Demirören və Karacan qrupunun ortaq şirkəti "DK" Media və Yayım Şirkətinə satılması ilə bağlı razılıq əldə olunub.
"DK" şirkəti "Milliyet" üçün 48 milyon, "Vatan" üçün 26 milyon dollar ödəyəcək. "Doğan" holdinqinin ictimaiyyətlə əlaqələr şöbəsi sövdələşmə barədə daha sonra ətraflı açıqlama veriləcəyini bildirib.
Milli.Az