Sindi Krouford: "Bu qızlara yazığım gəlir" - FOTO

21 Aprel 2011 20:29
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, 1980-ci illərini sonları-1990-cı illərin əvvəllərində dünynın ən məşhur modellərindən biri olan Sindi Krouford model biznesinin bu günü barədə müsahibə verib.

Kroufordun fikrincə, indi supermodel olmaq və ümumiyyətlə, model biznesində uğur qazanmaq əvvəlki illərlə müqayisədə xeyli çətinləşib.

"Jurnallar və televiziya reklamlarındakı qızlara baxanda, onlara yazığım gəlir. Mən də model olmuşam və bu işin məhdudiyyətlərini, çətinliklərini yaxşı bilirəm. İndi tələblər sərtləşib. Yalnız onu demək yetər ki, bizim vaxtımızda "ətli-canlı" modellər tələb olunurdusa, indi çox arıq qızlar reklamlara çəkilir, podiumlara çıxırlar. Onların da bədənlərini belə ölçülərdə saxlamaq üçün nələr etdiyini təsəvvür edirəm", - Sindi Krouford deyib.

Onun dediyinə görə, indi övladları Kay və Preslini böyütməklə məşğuldur.

"Sadəcə, anayam və harasa gedəndə artıq əvvəlki təki, "ah, bunu yeyə bilmərəm" demirəm. Hər şey normaldır", - Krouford söyləyib.

Milli.Az