Çin iqtisadiyyatının inkişaf templəri zəifləyəcək
21 Aprel 2011 09:33
Milli.Az xəbər portalı APa-ya istinadən bildirir ki, bu il Çin iqtisadiyyatının artım templəri ötən illə müqayisədə 0,7% azalacaq və 9,6%-ə bərabər olacaq. Çin İctimai Elmlər Akademiyası belə proqnozlaşdırır.
Belə bir nəticəyə Akademiyının ekspertlərinin dərc etdikləri "Göy kitab"da gəlinir. Alimlər öz nəticələrini "Çin iqtisadiyyatında əvvəlkitək çoxlu sayda qeyri-müəyyənlik amillərinin mövcudluğu" ilə izah edirlər.
Milli.Az