Çexiyada zavodda partlayış olub, həlak olanlar var

21 Aprel 2011 00:15
Çexiyanın Pardubitse şəhərindəki partlayıcı maddələr zavodunda güclü partlayış baş verib. İlkin məlumatlara görə, 4 nəfər həlak olub.

"İnsanların sağ qalmaq şansları demək olar ki, yoxdur. İtlər onları tapmayıblar, xüsusi axtarış videokameraları da partlayış yerində heç nə qeydə almayıblar. Böhran qərargahı artıq həkimləri hadisə yerindən geri çağırıb", deyə regional səhiyyə xidmətinin rəhbəri Pavel Svoboda məlumat verib. Partlayış nəticəsində 9 nəfər yaralanıb.

/APA/