Qubada ev yanıb
20 Aprel 2011 18:51
Azərbaycanın Quba şəhərində yanğın hadisəsi baş verib. Milli.Az xəbər portalı APA-ya istinadən xəbər verir ki, yanğın bu gün saat 16:28 radələrində Mehdi Hüseynzadə küçəsi, 21 nömrəli yaşayış evində qeydə alınıb. 1993-cü il təvəllüdlü Musayev Ramin Rayik oğluna məxsus ümumi sahəsi 88 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evinin 28 kvadrat metr ərazisi ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə təcili olaraq Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) 2 yanğınsöndürən maşını cəlb olunub. Güclü alovun evin digər ərazilərinə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğın baş verən zaman ev sahibləri mənzildə olmayıb. Quba rayon DYMH-nin rəisi Əzizağa Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yanğının səbəbləri araşdırma aparıldıqdan sonra məlum olacaq.
Milli.Az