Bakıda oğru qadınlar tutuldu

20 Aprel 2011 18:43
Bakı şəhərində oğru qadınlar tutulub. Milli.Az xəbər portalının məlumatına görə, onlar Bakı sakinləri Pərvanə Quliyeva və Nigar Avinovadır.
Qadınlar cinayət əməlini aprelin 9-da Suraxanı rayonunda yerləşən Elşən Əhmədova məxsus çay evində törədiblər. Onlar çay evindən 180 manat pul, kompyuter, 3 mobil telefon və bir ədəd fotoaparat oğurlayıblar.

Qadınlar aprelin 19-da Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa cəlb ediliblər.

Saxlanılan qadınların əvvəllər məhkum olub-olmadığı hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az