Aysel Əlizadə əməliyat olunacaq - FOTO

21 İyul 2016 15:09

Yay gələndə xoşbəxt oluram. Ona görə də imicimdə dəyişikliklər edirəm.

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Aysel Əlizadə deyib. 

Saç rəngini dəyişən ifaçı özünü cazibədar xanım adlandırıb:

"Şou-biznesdə olan cazibədar xanımlardan biriyəm. Özümü tərifləməyi sevmirəm. Amma özümü cazibədar xanım hesab etməyim normaldır".

A.Əlizadə burun əməliyyatına hazırlaşdığını bildirib:

"Plastik əməliyyatın tərəfdarı deyiləm. Amma çəpər əyriliyindən əziyyət çəkirəm. Uzun müddət əvvəl etdirməli idim, qorxduğum üçün gecikir. Bu günlərdə əməliyyat masasına uzanmağa hazırlaşıram".

Milli.Az