Əfqanıstanda 10 iranlı mühəndis oğurlandı

20 Aprel 2011 14:17
Milli.Az xəbər portalının "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, onlar Əfqanıstanın tikinti şirkətində çalışır, Farah vilayətində tədris mərkəzi tikirlərmiş. Bu günlərdə mühəndisləri aparan 2 avtomobil silahlı şəxslər tərəfindən saxlanılıb və iranlılar naməlum istiqamətdə aparılıb.
Hadisənin motivi bəlli deyil.

Milli.Az