İbrahim Tatlısəs yeriməyə başlayıb
20 Aprel 2011 14:38
Martın 14-də silahlı hücum nəticəsində ağır yaralanan və sol tərəfi iflic olan tanınmış müğənni İbrahim Tatlısəs Almaniyanın Münhen şəhərində müalicə olunduğu xəstəxanada yeriməyə başayıb. Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu silahlı hücum zamanı İbrahim Tatlısəslə eyni avtomobildə olan köməkçisi Damla Buket Çakıcı deyib. Onun sözlərinə görə, İbrahim Tatlısəsin səhhətində yaxşılığa doğru dəyişikliklər var: "Beyni və bədəni müalicəyə cavab verir. Addım atmağa başlayıb. Yavaş-yavaş yeriyir".
Damla Buket Çakıcı bildirib ki, İbrahim Tatlısəsin İstanbula nə vaxt qayıdacağı hələ məlum deyil.
Milli.Az