Məşhur istirahət mərkəzində uçqun: ölən var
20 Aprel 2011 12:14
Tanınmış istirahət mərkəzində ölüm hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, "Akva park" istirahət mərkəzində təmir işləri apararan fəhlə faciəvi şəkildə həlak olub.
Bədbəxt hadisə prelin 19-da Novxanı bağlar yaşayış sahəsindəki "Akva park" istirahət mərkəzində qeydə alınıb. Gürcüstan vətəndaşı Nail Daşdəmirov təmir işləri apararkən divar onun üstünə uçub. Nəticədə N.Daşdəmirov aldığı xəsarətdən ölüb.
Milli.Az