Suriyada bütün kütləvi aksiyalar qadağan olundu
20 Aprel 2011 12:25
Milli.Az xəbər portalının lenta.ru saytına istinadən verdiyi məlumata görə, daxili işlər naziri Muhammad İbrahim əh-Şaar əhaliyə müraciət edərək, onları istənilən kütləvi tədbirdən uzaq olmağa çağırıb. Nazir bildirib ki, qadağaya məhəl qoymayan şəxslərə "qanunun ən sərt üzü tətbiq ediləcək".
Xatırladaq ki, xeyli vaxtdır Suriyada hökumət əleyhinə nümayişlər səngimək bilmir. Aksiyalar zamanı baş verən toqquşmalarda 200-dən artıq insan həlak olub.
Milli.Az