Bakıda gənc oğlan özünə od vurdu

20 Aprel 2011 11:19
Bakının Xəzər rayonu ərazisində dəhşətli hadisə baş verib. Aprelin 20-nə keçən gecə saat 02:00 radələrində Zirə qəsəbəsində yaşayan 22 yaşlı Elmin Məmmədkərimov özünü yandırıb.

O, küçədə üzərinə benzin tökərək özünə od vurub. Şahidlərin köməkliyi ilə söndürülən E.Məmmədkərimov ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasının Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Məmmədkərimovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Anar Məmmədov
Milli.Az