Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

20 Aprel 2011 10:40
Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. Milli.Az xəbər portalının AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin internet saytına istinadən verdiyi məlumata görə, zəlzələ bu gün saat 07.41-də Xəzər dənizində, Bakıdan 60 km cənubda qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3.20, dərinliyi 55 km olub.

Zəlzələ hiss olunmayıb.

Milli.Az