"İnter" Romadan qələbəylə döndü

20 Aprel 2011 09:34
Azerisport.az xəbər verir ki, bu mərhələdən başlayaraq, ev-səfər prinsipi ilə keçirilməyə başlayan kubokun ilk oyun günündə maraqlı qarşılaşma baş tutub.
 
Son illər həm A Seriyasında, həm də ölkə kubokunda ən prinsipial rəqiblərə çevrilən "İnter"lə "Roma"nın yolları bu mövsüm bir qədər tez - yarımfinalda kəsişib. Tərəflərin paytaxtdakı "Olimpiko" stadionunda keçirilən ilk görüşündə isə gülən tərəf qonaqlar olub. Stankoviçin ilk hissənin sonlarında vurduğu qol yeganə olub və cavab görüşü öncəsi milanlılara böyük üstünlük qazandırıb.
 
Digər yarımfinal cütündə isə cari mövsüm çempionluğunu bayram etməyə hazırlaşan "Milan" dogma meydanda "Palermo" ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
İtaliya kuboku
Yarımfinal (ilk oyunlar)
19 aprel
 
Roma - Inter - 0:1
Qol: Stanloviç, 45.
 
20 aprel
 
23:45. Milan - Palermo

Milli.Az