Azərbaycanın İrandakı səfiri sərhəddəki problemləri müzakirə edəcək

19 Aprel 2011 19:12
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov aprelin 21-də bu ölkənin birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağa Məhəmməd Əli ilə görüşəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib. O qeyd edib ki, görüş çərçivəsində hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunacaq. Onun sözlərinə görə, görüşdə ölkələr arasında sərhəd məntəqələrinin açılışı, vahid gömrük postu və s. məsələlər müzakirə olunacaq. Səfir bildirib ki, görüş əsnasında, həmçinin son zamanlar iki ölkə sərhədində yaşanan problemlər də müzakirə ediləcək.  

"Azadinform"