Suriyada 1963-cü ildən qüvvədə olan fövqəladə vəziyyət ləğv edildi

19 Aprel 2011 19:33
Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, prezident Bəşər Əsəd ölkədə 1963-cü ildən hökm sürən fövqəladə vəziyyəti ləğv edib.
Bundan əvvəl o, hökuməti istefaya göndərərək, yeni hökumət də formalaşdırmışdı.
Amma müxalifət üçün bu, kifayət etməyib. Ölkənin müxtəlif şəhərlərində prezidentin istefası tələbilə nümayişlər davam edir.

Milli.Az