Dinozavrlar necə məhv olub?
5 Mart 2010 19:23
Alimlər dinozavrların məhvinə 1,5 milyon il davam etmiş güclü vulkan püskürmələrinin səbəb olduğu barədə alternativ nəzəriyyədən imtina ediblər.
20 il davam edən təhqiqatlar nəticəsində Avropa ölkələrinin, Kanada, Meksika, ABŞ və Yaponiya alimlərinin daxil olduğu qrup asteroidin Yer kürəsinə düşməsi hadisəsini əsas götürüblər. Onların əldə etdikləri nəticələr martın 5-də "Sayens" beynəlxalq jurnalında dərc edilib. Yekun məlumatın hazırlanmasında paleontoloqlar, geofiziklər, geokimyaçılar, iqlimin modelləşdirilməsi üzrə mütəxəssislər iştirak ediblər. Xatırladaq ki, 15 kilometr diametri olan asteroidin Yer kürəsinə düşməsinin izləri Meksika ərazisində aşkar edilib və həmin hadisə planetimizdə 160 milyon il "hökmranlıq" etmiş dinozavrların məhvinə səbəb olub.
/AzərTAc/