Neft kəskin bahalaşdı

12 Fevral 2015 23:38
Dünya bazarında bu gün neft qiymətlərində növbəti dəyişiklik olub və yenidən 57 dollara yüksəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Brent" markalı neftin bir barrelinin qiyməti 2,50 dollar bahalaşaraq 57,16 dollar təşkil edib.

Dünya bazarında VTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti isə 2,04 dollar bahalaşaraq 50,88 dollar olub.

Qeyd edək ki, qiymətlər hazırda artmaqda davam edir.
 

Milli.Az