"Allah ağlımı başımdan almayıb ki..."

18 İyul 2016 16:01

İstirahətimdən sosial şəbəkədə çox foto paylaşmıram. Ailəmlə gündəmə gəlmək istəmirəm.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Gülay Zeynallı "Star life" verilişinə açıqlamasında deyib. 

İfaçı arxasınca danışanlara cavab verib:

"Neçə müddətdir sənətdəyəm, kimsə üzümə nəsə demir. Arxamca danışana isə cavab vermirəm. Ona görə də bu gün hörmətli xanımam. Düz sözü olan, insanın üzünə deyər, məsləhət verər. Amma bugünə kimi mənə məsləhət verən görməmişəm".

G.Zeynallı ünvanına "hələ də yerində addımlayır" deyilən sözlərə əsəbiləşib:
  
"Qaçmaq nəyə deyirlər? Bir çox işlər var ki, gücüm çatdıqca edirəm. Nəyim var qoyub, layihə etmərəm. Mənim yaşayışım da var. Sənətdən əlavə problemlərim də olur". 

Müğənni hər zaman geyim tərzinə diqqət etdiyini bildirib:

"Bu gün qavalla ifa edirəmsə, şalvar geyinmərəm. Allah ağlımı başımdan almayıb ki, məni geyimə görə sıxma-boğmaya salsınlar. Nəyi, harada geyinmək lazım olduğunu bilirəm. İrad tuturlar ki, bir koftanı üç dəfə geyinir. Sən nə bilirsən ki, buna nə qədər pul vermişəm, hansı əziyyətlə almışam?"

G.Zeynallı hər verilişə qatılmayacağını açıqlayıb:

"Artıq özümdə düşünürəm ki, hansı verilişə gedəcəm, hansısa yox. Mənim də evimdə böyüyüm, ağbirçəyim var. Hansısa hörməti qazana-qazana gəlirsən. Verilişdə hansısa qonaq nəsə deyə bilər, sən də onun güdazına gedərsən. İllərlə qazandığın hörmət puç olar".

Milli.Az