Çevrilişin məşhurlaşdırdığı aparıcı - FOTO

18 İyul 2016 10:52

İyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri də qiyamçıların əsiri olan TRT-nin aparıcısı Tijen Karaş idi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə oxuyaraq insanların diqqətini çəkib. Həyəcanı səsindən və simasından bəlli olsa da, T.Karaş işini peşəkar səviyyədə görüb. O, daha sonra həmin anlar haqda belə deyib:

"Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım. Hər hərəkətimiz izlənilirdi. Bizi əsir tutanlar bu hərəkəti ölkənin mənfəəti üçün etdiklərini, heç kimə zərər verməyəcəklərini söyləyirdilər. Silahları ilə bizi təhdid etdilər".

T.Karaş 1975-ci ildə Ankarada anadan olub. Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət Kanal D-də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən T.Karaş 2000-ci ildə TRT-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. TRT Avrasya, TRT Int və TRT Türk-də müxtəlif verilişləri aparıb.

Milli.Az