“Fənərbağça”nın braziliyalı futbolçusu Türkiyə vətəndaşı olmaq istəyir - FOTO

19 Aprel 2011 17:19
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Fənərbağça" klubunun prezidenti Aziz Üıldırım və komandanın braziliyalı oyunçusu Aleks de Souzanı qəbul edib. Milli.Az xəbər portalının Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Aleks baş nazirə Türkiyə vətəndaşı olmaq arzusunu çatdırıb.

"Fənərbağça"nın prezidenti Azaz Yıldırım baş nazirə dörd ədəd "Fənərbağça" forması hədiyyə edib. Rəcəb Tayyib Ərdoğan isə qonaqlarına qalstuk bağışlayıb.

Qeyd dək ki, Aleks de Souza 2004-cu ildən bu yana "Fənərbağça"nın şərəfini qoruyur. Fevralda onun müqaviləsinin müddəti bitsə də, komanda ilə futbolçu arasında müqavilə müddətinin 2012-2013-cu il mövsümünün sonunadək uzadılması barədə razılıq əldə edilib. "Kruzeyro" klubundan transfer edilən futbolçu "Fənərbağça"nın heyətində 193 rəsmi oyuna çıxıb və 107 qol vurub. O, komandanın tarixindəki ən uğurlu əcnəbi futbolçu sayılır.

Milli.Az