Türkiyədəki çevriliş cəhdinin liderinin həbsdə İLK FOTOLARI

17 İyul 2016 23:06

Türkiyənin Hərbi-Hava Qüvvələrinin sabiq baş komandanı, ordu generalı Akın Öztürkün həbs edildikdən sonra ilk fotoları yayılıb.
Milli.Az Sabah-a istinadən bildirir ki, general A.Öztürk Türkiyədə hərbi çevriliş cəhdininin lideri sayılır, Onun hazırda ABŞ-ın Pensilvaniya ştatında siyasi mühacir həyatı yaşayan, "Hizmet" hərəkatının lideri olan Fətullah Gülənlə çox sıx əlaqələri olduğu da vurğulanır.
A.Öztürk dövlət çevrilişinə cəhddə suçlanaraq tutulmuş 33 general və admiralla birlikdə Ankara Polis İdarəsinin Terrorizmlə Mübarizə İdarəsindədir.
Türkiyə HHQ-nin sabiq komandanı vətənə xəyanətdə suçlanır.
Fotolar çəkiləndə A.Öztürk əli qandallı, ayaqyalın olub.
Milli.Az