İrəvanda post-patrul xidmətinin binasını ələ keçirənlərdən Varujan Avetisyan bildirib ki, polisin öldürülməsi barədə məlumatlar yalandır.
İrəvanda qiyam: ölən və yaralılar var, 6 polis girov saxlanılır - YENİLƏNİB - VIDEO - FOTO
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bir qədər əvvəl yerli KİV Ermənistan parlamentinin deputatı Nikol Paşinyana istinadən silahlıların 7 nəfəri girov götürdüyünü yazmışdı.
Daha əvvəlki məlumatlarda bir polisin öldürüldüyü deyilirdi.
"Polis şayiə yayır, guya qiyamçılar atəş açıblar, yaralanan bir polis isə ölüb", - deyə Avetisyan Facebook səhifəsində yazıb.
"Əslində isə polis bizim çağırışlarımıza baxmayaraq zirehli texnikanı işə saldı və atəş etdi. Qiyamçılar müdafiə məqsədilə cavab atəşi açmağa məcbur oldular", - o vurğulayıb.
Milli.Az