Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

19 Aprel 2011 13:41
Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. AzərTAc dövlət agentliyinin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rumıniya Prezidenti Trayan Beseskunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Milli.Az