Yaponiyada ölənlərin sayı 14 minə çatır
19 Aprel 2011 12:56
Milli.Az xəbər portalının CNN-ə istinadən verdiyi məlumata görə, rəsmi dairələr artıq 13 min 843 nəfərin öldüyünü təsdiqləyib. Hökumət 14 min 30 nəfərin hələ də itkin düşmüş sayıldığını bildirir.
Təbii fəlakət nəticəsində ev-eşiyini itirmiş və müvəqqəti sığınacaqlarda yaşayan insanların sayı təxminən 136,5 min nəfərdir.
Milli.Az