Çilidə 6,6 bal gücündə növbəti zəlzələ

5 Mart 2010 17:33
Milli.Az gazeta.ru saytına istinadən xəbər verir ki, bu dəfə baş vermiş zəlzələnin gücü 6,6 bala çatıb. Yeni dağıntı və insan təlafatı haqda məlumat yoxdur.

Bu arada bəzi dairələr hökumətin fevralın 27-də baş vermiş zəlzələ nəticəsində həlak olmuş insanların sayını xeyli azaltdığını bildirir. Məlumata görə, rəsmi məlumatlarda 200-300 adamın öldüyü bildirilsə də, əslində bu rəqəm 1000-ə yaxındır.

Milli.Az