Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

19 Aprel 2011 12:44
TQDK-nın ilkin planına əsasən, 3-cü qrup ixtisasları üzrə qəbul imtahanları iyulun 3-də, 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Aprelin 20-dən mayın 31-dək elektron ərizələrin doldurulması həyata keçiriləcək. Sənəd qəbulu üzrə müvafiq komissiyalarda sənədlərin qəbulu aprelin 27-dən mayın 31-dək aparılacaq.

Milli.Az

Uyğun link:

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır