Maykl Cekson ölən zaman həkimi qızlarla «çənə vururmuş»
19 Aprel 2011 13:00
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, prokuror ulduz müğənninin "can verdiyi" vaxt həkimin 3 qıza zəng vurduğunu bildirib. "Həmin an həkim Ceksonu həyata qaytarmağa diqqət yetirməkdənsə, striptizçilər və ofisiant qızla telefonla şəxsi məsələlərdən danışıb", - deyə prokuror qeyd edib: "Onun son zəngi Ceksonun ürəyi dayandıqdan sonra olub və 11 dəqiqə davam edib".
Milli.Az