Avropa çempionu ilə yeni müqavilə imzalanacaq

15 İyul 2016 14:21

Portuqaliya Futbol Federasiyasının rəhbərliyi Fernandu Santuşla danışıqlara start verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, danışıqlarda məqsəd Portuqaliya millisinin çalışdırıcısı ilə yeni müqavilə bağlamaqdı.

AÇ-2016-da komandasına çempionluq qazandıran Santuş bununla rəhbərliyin inamını artıqlaması ilə qazanıb. Bunu nəzərə alan federasiya rəhbərliyi yaxın günlərdə təcrübəli çalışdırıcının sözləşməsini yeniləyəcək.
 
Yeni anlaşmanın müddəti barədə məlumat verilmir.

Milli.Az