«Real»ın fəxri prezidenti: «Barselona» aslan, «Real» isə siçandır
19 Aprel 2011 11:03
Milli.Az xəbər portalının "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya çempionatının son turunda komandasının "Barselona" ilə keçirdiyi qarşılaşma haqda danışan di Stefano deyib: "Mən "Barselona"nın oyununa, meydana hakim olmasına heyranam. Kataloniyalıların nümayiş etdirdiyi oyuna gözlə yox, ürəklə baxırsan. Onlar sanki topun qarşısında baş əyir, onu sığallayır. "Real" isə bu qarşılaşmada rəqib qarşısında qorxuya düşmüş məzlum canlını xatırladırdı. "Barselona" aslana, "Real" isə siçana bənzəyirdi".
Milli.Az