Polad Alemdar Ersoyun ordusunu məhv edə biləcəkmi? - VİDEO
19 Aprel 2011 11:10
Ötən seriyada Polad Alemdarın planı uğurlu alındı və hamı Mehmet Fikretin öldüyünə inandı. Bundan başqa, Ünsal Kamalla görüşən Memati yeni hərəkət planına Abdulheyi cəlb etməyə çalışsa da, nəticə əldə edə bilmir. Memati Abdulheyi razı salmaq üçün başqa bir yol axtaracaq. Polad Alemdar isə son həmlə ilə Ersoy Ulubeye bir az daha yaxınlaşır.
Son seriyanın finalında əlində pulemyot helikopterlə havaya qalxan Poladın Ersoyun ordusunu yox etmək planı baş tutacaqmı? Memati Abdulheyi razı sala biləcəkmi? Həmkarının evlənmək təklifini qəbul edən prokuror Leylanın növbəti addımı nə olacaq? Polad Alemdarın anasının evinə gedən Ersoyun planı nədir?
Bu və digər suallara "Kurtlar Vadisi Pusu" serialının 122-ci seriyasında cavab tapmaq mümkün olacaq. Qeyd edək ki, yeni seriya aprelin 22-də nümayiş olunacaq.