«Eurovision-2011»: Finlandiya və Malta – VİDEO–FOTO

19 Aprel 2011 10:50
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Finlandiyanı yarışda 20 yaşlı Aksel Enstrem təmsil edəcək. Sənətdə Paradise Oscar adı ilə tanınmış ifaçı müsabiqədə təqdim edəcəyi "Da Da Dam" mahnısını özü bəstələyib. Mahnı ətraf mühitin mühafizəsindən bəhs edir.

Maltanı təmsil edəcək Qlen Vella 13 yaşından oxuyur. O, Londonun müsiqi və incəsənət kollecini bitirib. O, "Eurovision" müsabiqəsinə indiyədək 1 dəfə qatılmağa macal tapıb. Bu, 2005-ci ildə baş verib.

Milli.Az