Hüsnü Mübarək ailəsinin ən kasıb üzvü imiş
19 Aprel 2011 10:31
Milli.Az xəbər portalının "Associated Press"ə istinadən verdiyi məlumata görə, onun özü ailəsinin ən "kasıb" üzvü imiş. Varidatının həcminə görə ilk yerdə eks-prezidentin böyük oğlu Alaa Mübarək, sonrakı yerdə isə kiçik oğlu Qamal Mübarəkdir.
Misirin maliyyə strukturunun nümayəndələri bildirir ki, 82 yaşlı Mübarəkin, 2 oğlunun və xanımının Misirdə saysız-hesabsız obyektləri, dəbdəbəli apartamentləri, sarayları, torpaq sahələri və sair var.
Milli.Az