Hindistanda polis nümayişçiləri güllələdi: ölənlər var
19 Aprel 2011 12:29
Milli.Az xəbər portalının "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilərə atəş açan polis ən azı 1 nəfərin ölümünə səbəb olub.
Qeyd edək ki, hələ 2009-cu ildə Fransanın "AREVA" şirkəti Hindistanın Nüvə Enerjisi Korporasiyası ilə ölkənin Maxaraştra ştatında AES tikintisinə dair anlaşma memorandumu imzalayıb. Stansiyanın tikiləcəyi əraziyə toplaşan kütlə buna etirazını bildirib və nəticədə onlarla polis arasında toqquşma başlayıb.
Milli.Az