Cennifer Lopes: "Nə olsun ki, məni qucaqlayır?!" - FOTO
19 Aprel 2011 21:12
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, 1999-cu ildə "If You Had My Love" mahnısı ilə məşhurlaşan və indi dünyanın ən gözəl qadınlarından biri sayılan Cennifer Lopes yeni klip çəkilişlərindədir.
41 yaşlı müğənni "Meksikanın Bredd Pitti" adlandırılan 30 yaşlı aktyor Uilyam Levi ilə Tatrl çimərliyində birgə çalışıb.
Səhnələri müğənninin əri, populyar müğənni və bəstəkar Mark Entoni kənardan izləyib. Onun arvadının aktyoru qucaqlamasına qısqanclıqla baxması aşkar görünürdü.
Lopes isə bunu eyninə almır.
"Nə olsun ki, məni qucaqlayır?! Bu, işdi və çəkiliş yerində hər şey ola bilər. Levi məni qucaqlayanda dünya dağılmadı. İkimiz də sənətçiyik və belə şeylərə normal baxırıq", - Lopes deyib.
Milli.Az



