Balaca ayı balası vedrəyə "uduzdu" - FOTO
19 Aprel 2011 20:58
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, Danimarkadakı Olborq şəhərindəki zooparkdakı dördaylıq ağ ayı balası nağıl qəhrəmanı Vinni Puxun başına gəldiyi hərəkəti təkrarlayıb.
Auqo adlı ayı balası həddən ziyadə dəcəl və maraqlı olduğundan, mavi rəngli vedrəni götürərək başına keçirib, amma sonra o vedrəni çıxara bilməyib.
Nağılda Vinni Pux bal küpünü başına keçirmiş, sonra o küpün əlində "əsir" qalmışdı.
Auqo da başına vedrəini keçirəndən sonra o vedrədən qurtulmaq üçün xeyli çalışıb.
Milli.Az



