Teleaparıcılar müğənniləri təqlid etdilər - FOTO
19 Aprel 2011 20:43
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, GMTV telekanalının aparıcıları Keyt Harrauey və Kler Nasir məşhur pop-muğənnilər Kayli Minouq və Cessi Cini təqlid edərək klip, sonra da fotosessiya çəkdiriblər.
Teleaparıcıların dediklərinə görə, "Garraway" modalar evinin geyimlərinin reklamı olan bu fotosessiya həm də onların "daxili imkanlarının nümayişi"dir.
"Göstərməyə çalışdıq ki, televiziyada çalışmağımıza rəğmən, model də ola bilərik və olduq da. Kayli və Cessinin fotolarımızı bəyənəcəklərini düşünürük", - Keytlə Kler deyiblər.
Milli.Az




