Məşhur yazıçı qadın çimərlikdə "müsəlman" oldu - FOTO

19 Aprel 2011 21:26
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, Böyük Britaniyanın məşhur jurnalisti, yazıçısı və kulinar kiiablarının müəllifi Naycella Louson Avstraliyadakı Bondi çimərliyində onu görənləri heyrətləndirib.

İndiyədək açıq-saçıq geyinən və "qadının bədəninin hər yerini örtməsi orta əsrlərdən də əvvələ məxsus unudulası ənənədir" deyən Louson çimərlikdə mömin müsəlman qadınlarının dənizə gedərkən geydikləri burkinidə olub. Burkini ərəb ölkələri və İranda daha çox yayılıb.

51 yaşlı Lousonun dediyinə görə, Sidney yaxınlığındakı çimərlikdə perfomans göstərmək və ya nəyinsə xatirinə kiminsə xoşuna gəlmək niyyəində olmayıb.

"Sadəcə, bu geyimdən xoşum gəldi və onu seçdim. Seçimi dini, yaxud da başqa məsələlərlə bağlamaq doğru deyil. Qızmar günəş altında dərimin qaralmasını istəmədim. Burkinini bəyənmişəm - bu qədər", - Louson söyləyib.

Milli.Az