Güləşçilərimizin Dünya Kubokundakı rəqibləri məlum oldu

5 Mart 2010 17:21
Azərbaycan Güləş Federasiyasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, reqlamentə əsasən, son dünya çempionatında birinci və ikinci yeri tutmuş Rusiya və Azərbaycan ayrı-ayrı qruplarda yer alıb.

A qrupu

Rusiya
Türkiyə
Ukrayna
Belarus

B qrupu

Azərbaycan
İran
Özbəkistan
ABŞ

Azərbaycan - İran
Azərbaycan - Özbəkistan
Azərbaycan - ABŞ

Ölkəmizi püşkatma mərasimində federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov və AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov təmsil edib.

M.Aliomarov püşkatmanın nəticələrini belə dəyərləndirib: "Püşkün nəticəsi normaldır. Qrupumuzun qalibi olmaq üçün şansımız var. Ötən il İranda dünya kubokunun finalında məhz İranı məğlub etdiyimiz üçün iranlıların revanş hissi ilə alışıb yandıqları dəqiqdir. Bu səbəbdən də onlar bu dünya kubokuna əsas heyətlərini gətiriblər. Amma biz hətta əsas heyətimizin heç də hamısının dünya kubokunda iştirak etməməsinə baxmayaraq, yenə də onları məğlub etmək iqtidarındayıq. Düşünürəm ki qrupda birinci yeri tutmaq üçün əsas mübarizə məhz bizimlə İran arasında gedəcək. Amma təbii ki, Özbəkistan və ABŞ-a da hörmətlə yanaşırıq. Digər qrupda Rusiyanın birinci yeri tutacağına şübhə etmirəm. Hər halda finala çıxmaq üçün əlimizdən  gələni edəcəyik".

Qeyd edək ki, Dünya Kuboku yarışları sabah Moskvada başlayacaq.

Milli.Az