Suriya polisi nümayişçilərə atəş açıb
19 Aprel 2011 09:15
Suriya polisi Xoms şəhərinin mərkəzi meydanında toplaşmış nümayişçilərə atəş açıb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Şəhərin Bab-əs-Saa meydanında toplaşmış nümayişçilərin sayı 20 mindən çox olub. Gənclər orada çadırlar quraraq evlərinə getməkdən imtina edirlər. Aksiya iştirakçılarının şüarı "Xalq rejimin dəyişilməsini istəyir!"dir.
/APA/