"Neftçi"nin qorumalı, "Qəbələ" və "Kəpəz"in qırmalı olduğu tendensiya

14 İyul 2016 10:09

Azərbaycan klublarının bu gün Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi görüşlərdə ilk qeydə alına bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb iyulun 14-də keçirilən matçlarda yaşanan tendensiyadır.

Belə ki, Azərbaycan klublarının bugünkü tarixdə keçirdiyi oyunlarda qonaqlar qələbə qazanmırlar. "Neftçi" öz meydanında uduzan ilk komanda olmamaq üçün Makedoniya "Şkendiya"sını yenməyə çalışacaq.
 
Səfərdə çıxış edən "Kəpəz" və "Qəbələ" isə əksinə, tendensiyanın qırılması üçün mübarizə aparacaq. Sonuncular Macarıstanda MTK, qərblilər Avstriyada "Admira" ilə görüşdə bunu gerçəkləşdirməlidirlər.
 
İndiyədək bu tarixdə keçirilən 6 qarşılaşmada yalnız "Bakı" evdə oynayıb və minimal hesablı qələbə qazanıb. Digər 5 görüş isə səfərdə baş tutub. Bunların üçündə meydan sahibləri qalib gəlibsə, "Bakı" və "Qarabağ" bərabərliyə nail olub.
 
"Kəpəz" 17 il öncə indiki kimi eyni tarixdə səfərdə oynasa da, vətənə məğlub dönüb. Digər iki klubumuzsa ilk dəfə bu tarixdə meydana çıxacaq.
 
Azərbaycan klubları iyulun 14-də
1999
"Sloqa Yuqomaqnat" (Makedoniya) - "Kəpəz" - 1:0
2005
"Bakı" - "Jilina" (Slovakiya) - 1:0
"Nistru" (Moldova) - "Xəzər Lənkəran" - 3:1
2009
"Ekranas" (Litva) - "Bakı" - 2:2
2011
"Streymur" (Farer adaları) - "Qarabağ" - 1:1
"Makkabi" (Təl-Əviv, İsrail) - "Xəzər Lənkəran" - 3:1

Milli.Az