Azərbaycan Prezidenti Vitali İqnatenkonu "Dostluq" ordeni ilə təltif edib
18 Aprel 2011 20:17
Azərbaycan Prezidenti İlham Əliyev İTAR-TASS agentliyinin baş direktoru Vitali Nikitiç İqnatenkonun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
İqnatenko Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında informasiya sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
Trend