Aprelin 19-na olan hava proqnozu

19 Aprel 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var.
Bakıda gecə 7-9°, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
 
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 6-11° isti, gündüz 20-25°, bəzi yerlərdə 28°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var.
Temperatur gecə 1-5°, gündüz 13-18° isti təşkil edəcək.
 
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Temperatur gecə 6-10°, gündüz 18-23° isti olacaq.
 
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.
Temperatur gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 12-17° isti olacaq.
 
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 6-11°, gündüz 21-26° isti təşkil edəcək.
 
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.
Temperatur gecə 7-11°, gündüz 19-24° isti, dağlarda gecə 3-6° isti, gündüz 15-19° isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin dəyişikliyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Milli.Az