Burkina-Fasoda qiyam böyüyür

18 Aprel 2011 19:26
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, artıq qiyama daha bir şəhər qoşulub və hakimiyyətə qarşı qalxmış şəhərlərin sayı 4-ə çatıb. Paytaxt Uaqaduqunun 100 kilometrliyində yerləşən Kaya şəhərində qiyamçı əsgərlərə jandarm qüvvələri də qoşulub. Onlar evlərə od vurur, maşınları çevirirlər. Kaya küçələrində atəş səsləri eşidilir. Artıq dinc sakinlər də hərbçilərə qoşulurlar.
Hakimiyyət "asayişi pozmağa çalışan hər kəsə qarşı ən sərt tədbirlərin görüləcəyini" bəyan edib. Bununla yanaşı, artıq hökumət istefaya göndərilib, Silahlı Qüvvələrin Baş Qərargahına yeni rəis təyin edilib.

Qeyd edək ki, Burkina-Fasonun hazırkı rejimi 1987-ci ildən hakimiyyətdədir.

Milli.Az